Susmayaq! Azərbaycan ordusuna uzanan xain əlləri kəsək! – Cavid İSMAYIL yazır

Əfəndilər!

Bu günlərdə sosial şəbəkələrdə müzakirə edilən və  qəhrəman Azərbaycan əsgərini, rəşadətli Silahlı Qüvvələrimizi məqsədli olaraq ləkələmək, şanlı qələbəmizə kölgə salmaq üçün  yayılan məlum video yəqin  ki,  yadınızdadır. Və  bu  videonun ilk olaraq sosial şəbəkəyə İran deyilən dövlətin “İnqilab keşikçiləri Ordusu” – SEPAHın məlum kanalından və paralel olaraq erməni və sapı özümüzdən olan, şərəfi, ləyaqəti, mənliyi satılmış çaqqal sürüsü tərəfindən vahid mərkəzdən məkrli planlarına uyğun olaraq yayıldığı məlumdur.

Əfəndilər! Videoya diqqətlə baxın və fonda gələn səslərə diqqət yetirin. Fərqli fonlardan gələn müxtəlif səslərin yığını və eyni zamanda fona qəti aid olmayan  fikirlər səslənir. Eyni zamanda qayalıq və dağınıq daşlar içində yaxın məsafədən atəş açmaq, avtomat gülləsinin rekaşet verməsi və ətrafdakılara təhlükə yaratması qaçılmazdır ki, demək bu bizim əsgərlər tərəfindən tamamilə edilə bilməz.

Bəli, bir sözlə bu video saxtadır! Qaraçı tayfasının donuz sevdalısı olan ağ əmmaməli keşiş dövlətinin xüsusi xidmət orqanlarının və digər düşmən qüvvələrin məqsədli təxribatıdır!

Əfəndilər! Fikir versəniz görərsiniz ki, bu video paylaşılan kimi sosial şəbəkənin Azərbaycan seqmentində Aşura və Tasua günlərində Tehranda ermənilərin şərəfinə atəşfəşanlıq edən İran deyilən dövlətin daxilimizdə olan xəyanət qolu “bunların hansısa bir təriqətçilərin olduğu və bunlar hər kəsin başını kəsər” kimi təbliğata başlayıb. Eyni zamanda Vətənə balta vuran məkrli xarici qüvvələrin daxili maşaları

yenə də işə düşdülər.

Bəli, düşmən bütün tərəfdən üzərimizə gəlib və gəlməkdə davam edəcək. Sadəcə daima bilməliyik ki, Tanrının bizə bəxş etdiyi bu düşmən qüvvələr qismətimizdən şərəfini, ləyaqətini, dinini, imanını itirmiş və ləyaqətdən uzaq olanlardır. Belələrindən isə, nə desəniz gözləmək olar.

Qara qüvvələr də anlamalıdır ki, həqiqətləri əks etdirməyən müxtəlif məlumat, video və fotolar yaymaqla beynəlxalq aləmdə Azərbaycan barəsində mənfi rəy formalaşdırmağa çalışsalar da, alınmayacaq.

Bütün qara qüvvələr anlamalıdır ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrindən fərqli olaraq hərbi əsirlər, düşmənin yaralı hərbi qulluqçuları, mülki əhali, o cümlədən meyitləri ilə Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş protokolların tələblərinə uyğun davranmaqla bərabər, mərhəmət və hörmət nümayiş etdirir. Azərbaycan ordusu, qıza, gəlinə, uşağa, qocalara, ümumilikdə mülki şəxslərə əl qaldırmır.

Buradan isə sözüm bir sıra sosial media istifadəçilərinə və bəzi mediaçılaradır.

Əfəndilər! Belə təxribat dolu videonu nəyə görə paylaşırsınız? Videonu paylaşmadan öz fikrinizi bildirməniz doğru olmazmı? Eyni zamanda bu günlərdə Azərbaycan jurnalistlərinin VIII qurultayında iştirak edən jurrnalistlərin sayı gözümün önünə gəldi  və yadıma Dövlət tərəfindən həm evlə təmin edilən, Dövlətin  maddi və mənəvi dayaq olduğu mediaçıların bir qismini xatırladım. Barmaqla sayılası mediaçılar istisna olmaqla həmin bir qismədir  sualım, nəyə görə bu və buna bənzər proseslərdə mövqeyinizi bildirmirsiniz? Niyə susursunuz? Dövlət sizə daha nə etməlidir?

Müzəffər Azərbaycan ordusu! Şanlı Azərbaycan əsgəri! Sənin mərhəmətin dillərə dastandır. Bütün dünyanın gözü önündə neçə-neçə düşmən yaralısını kürəyinə alıb güllə altından döyüş meydanından çıxardıb tibbi yardım göstərdiyin tarixi xronikalar gözümüzün önündə. Düşmənin yaralı əsgərini xilas edərkən yaralanan və şəhadətə  qovuşan tibbi personallarımızı da unutmadıq. Yaralı düşmən əsgərinə üşüməsin deyə qalın geyim verən qəhrəman əsgərlərimizi də. Düşmənin qoyub  qaçdığı   uşaq, qoca, qadınlarının  sənin mərhəmətinlə necə  əhatə olduqlarını da bütün dünya görüb.

Müzəffər Azərbaycan ordusu! Səninləyik!!! Səninləyik qəhrəman Azərbaycan əsgəri! Sənə uzanan xəyanət əllər kəsilər, şər dillər susdurular!

Sən isə Vur! Vur! Elə vur ki, qoy agah olsun hər kəsə – Nə satılmaz, nə verilməz yada Vətən!!!

Yolun açıq olsun!

Tanrı şəhidlərimizə rəhmət eləsin!