ONN İnformasiya Agentliyi

Tokayev, siz erməni ilə qardaş ola bilərsiz!- CAVİD İSMAYIL yazır

Tokayev, siz erməni ilə qardaş ola bilərsiz!- CAVİD İSMAYIL yazır
12 İyun 2019 - 12:56

Qardaş Qazaxıstan Respublikasının prezidenti kim olursa olsun, bizlər üçün o məqam alidir və qardaş ölkənin rəhbərinə də hörmət və ehtiramla yanaşmalıyıq.

Lakin yeni seçilmiş Tokayevin prezident seçilməsi haqda rəsmi sənədlərin mürəkkəbinin qurumadan ermənilərə rəğbətinin olmasını, onlarla ortaq tarix və hətta oxşar dilin olması haqda açıqlaması məni çox məyus etdi. Eyni zamanda bu məsələ adi bir fikir deyil. Fikrimcə Tokayevin timsalında Böyük Türk Birliyi istiqamətində atılan addımlara vurulan əvvəlcədən hesablanmış, məqsədli bir badalaqdır. Tokayevlər anlamalıdırlar ki, onlar gəldi gedərdi. Qazax xalqı isə, dünəndə olub, bugündə var və gələcəkdədə olacaqdır. Sadəcə gəldiyi məqamda ya xalqa, xalqın milli kimliyinə hörmət edərək xidmət edəcək tarixə dəyərli düşəcək. Ya da tarixin qara, üfünət verəcək səhifəsində bir heç olacaq.
Unutmayın ki, Qazax xalqı Türk dünyası ilə bir candır. Siz isə şəxsən erməni ilə, qardaş ola bilərsiniz! cənab Tokayev, seçim sizindir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png