ONN İnformasiya Agentliyi

12 il öncə itirdiyi üzüyünü elə bir yerdən tapdı ki… – ŞOK HADİSƏ

12 il öncə itirdiyi üzüyünü elə bir yerdən tapdı ki… – ŞOK HADİSƏ
30 Yanvar 2019 - 17:55

İngiltərə vətəndaşı Abiqail Tomsonun başına görülməmiş hadisə gəlib.

ONN media xəbər verir ki, Abiqail 12 il öncə itirdiyi üzüyünü asqırdıqdan sonra tapıb.

O, 8 yaşında olarkən hədiyyə aldığı üzüyü bir neçə ay istifadə etdikdən sonra itirib. Lakin asqırandan sonra üzük onun burnundan yerə düşüb.

“Uşaq olanda dostlarım bizə tez-tez gəlirdi. Adətən yatağımda otururduq. Buna görə də onlardan birinin üzüyü götürdüyünü düşünürdüm. 100 il düşünsəm, üzüyün burnuma getdiyi ağlıma gəlməzdi. Heç bir şey hiss etmirdim çünki”, – hadisə haqqında danışan Abiqail deyib.

Gənc qızı müayinə edən doktor üzüyün burunun həssas olmayan bölgəsinə ilişib qaldığı üçün Abiqailin bir narahatlıq hiss etmədiyini deyib.(Publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png