ONN İnformasiya Agentliyi

39 il günahsız yerə həbs yatan şəxs GÖRÜN NƏ ETDİ

39 il günahsız yerə həbs yatan şəxs GÖRÜN NƏ ETDİ
25 Fevral 2019 - 22:15

ABŞ-ın Kaliforniya ştatında günahsız yerə 39 il həbsdə yatan şəxs 21 milyon təzminat alacaq.

ONN media xarici KİV-ə istinadən bildirir ki, 1978-ci ildə Kreiq Koley adlı şəxs 24 yaşlı Ronda Viçt və 4 yaşlı oğlunun ölümündə təqsirləndirilərək həbs edilib. Bu səbəblə o, 13 min 991 gün həbs yatıb. Ancaq dəlilər və ifadələrdəki uyğunsuzluqlar səbəbilə məhkəməni aparan hakim cinayətin yenidən araşdırılmasını istəyib.

Məlum olub ki, öldürülən ana və uşağından alınan DNT analizi Koreyin DNT-si ilə uyğunlaşmır. Koreyin cinayət törətdiyinə şahidlik edən qonşusu da ifadəsini dəyişdirib.

71 yaşlı Korey günahsız həbs yatdığı günlərin qarşılığında 21 milyon dollar təzminat tələb edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png