ONN İnformasiya Agentliyi

“Ağır Romantik”in yayım tarixləri bəlli oldu

“Ağır Romantik”in yayım tarixləri bəlli oldu
30 Dekabr 2019 - 20:23

Biznes-ledi Ruhi Əliyevanın təşəbbüsü ilə “Liatris Yapım” şirkətinin Türkiyədə ərsəyə gətirdiyi “Ağır Romantik” filminin yayım tarixləri bəlli olub.

ONN media xəbər verir ki, baş rollarını Türkiyənin məşhur aktyoru Onur Tuna və aktrisa Tuvana Türkayın canlandırdığı “Ağır Romantik” Türkiyə də daxil olmaqla Avropa ölkələrində 13 fevral, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq.

Filmin qala gecəsinin tarixləri də məlum olub. Belə ki, ekran işinin təqdimatı fevralın 14-ü İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, “Ağır Romantik”də Altan Erkekli, Gazanfer Gündüz, Semra Dinçer, Servet Pandur, Durul Bazan və Sermiyan Midyat kimi məşhur simalar da rol alıb.

Filmin mövzusu:

Aslı (Tuvana Türkay) incəsənət həvəskarı ananın (Servet Pandur) və professor olan atanın (Gazanfer Ündüz) konservatoriyada oxuyan gənc qızıdır. Bir gün Beyoğlunda gəzərkən bir adamın hücumuna məruz qalır və çantası oğurlanır. Qorxu və vahimə içərisində olan Aslıya gələcək həyatında böyük sevgisi olacaq Kərəm (Onur Tuna) kömək edir və çantasını tapıb Aslıya verir.

Bu məcburi görüşdən sonra Aslı və Kərəm görüşməyə başlayır və evlənməyə qədər uzanan romantik münasibətlərə başlayırlar.

Kərəm Aslının adət etmədiyi bir dünyadan gəlsə də, özünü böyük şirkətlərə məsləhət verən maliyyə mütəxəssisi kimi təqdim edir.

Kərəmin atası (Altan Erkekli) İstanbulun ən böyük oğru dəstəsinə rəhbərlik edir. Aslının dayısı isə Təhlükəsizlik Müdiridir (Sermiyan Midyat) və məqsədi bu qarətçi dəstəni çökdürməkdir. Aslı və Kərəmin xoşbəxt günləri, heç vaxt sonunu unutmayacaqları bir günə çevrilir.

Qeyd edək ki, Onur Tuna hazırda Türkiyənin reytinqli serialı olan “Mucize doktor”da rol alır.(publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png