ONN İnformasiya Agentliyi

Bu ölkə milyondan çox insan “Disney” qəhrəmanlarının adını daşıyır

Bu ölkə milyondan çox insan “Disney” qəhrəmanlarının adını daşıyır
12 Sentyabr 2019 - 4:47

Böyük Britaniyada milyondan çox insan “Disney” qəhrəmanlarının adını daşıyır.

ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Florida4Less” turizm şirkəti tərəfindən aparılan və “Mirror” səhifələrində dərc edilən tədqiqatda bildirilir.

Ən məşhur ad – Jasmindir. Bu, eyniadlı animasiya filminin qəhrəmanı Ələddinin rəfiqəsi və şahzadənin adıdır. Ardınca Reks adı gəlir, “Oyuncaqların tarixi” filmindən oyuncaq dinozavrın adıdır, üçüncü yerdə isə “Gözəl və Qulyabanı” filminin baş qəhrəmanı Bell adıdır.

Şirkət Cessi (“Oyuncaqların tarixi 2”), Minni (Mikki Mausun rəfiqəsi), Tiana (“Şahzadə və qurbağa”), Elza (“Soyuq ürək”), Vudi (“Oyuncaqların tarixi”), Ariel (“Su pərisi”) və Nala (“Kral Aslan”) adlarını da siyahıya daxil edib.

Tədqiqatçılar, həmçinin qeyri-adi adların daha çox atalar tərəfindən qoyulduğunu müəyyən ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png