Günəş sistemi yaxınlığında xeyli sayda “qəhvəyi cırtdan” aşkarlandı

“Backyard Worlds: Planet 9” adlı həvəskar astronomiya layihəsində iştirak edən könüllülər tərəfindən Günəş sistemi həndəvərində 100-dək “qəhvəyi cırtdan” deyilən planetdən böyük, ulduzdan kiçik cisim aşkarlanıb.

ONN media xəbər verir ki, hər hansı planet sistemlərinə daxil olmayan, hər hansı ulduzun isitmədiyi sözügedən obyektlər bütövlükdə çox soyuq olsa da, bəzilərinin hərarəti Yer kürəsindəkinə nisbətən yaxındır ki, bu da orada su buludlarının olması ehtimalını ortaya çıxarır.

“Bu soyuq dünyaları kəşf etməklə biz Günəş sistemi xaricində planetlərin əmələ gəlməsini, oradakı atmosferlərin quruluşunu öyrənə bilərik. Bununla biz Günəş ətrafında bu kimi dünyaların dəqiq sayını öyrənmək imkanı qazanırıq”, – araşdırmanın həmmüəlifi Aaron Maysner bildirib.(report)