ONN İnformasiya Agentliyi

İnsanın şüurlarına təsir etməklə həyatını dəyişdirən 9 QAYDA

İnsanın şüurlarına təsir etməklə həyatını dəyişdirən 9 QAYDA
25 İyun 2019 - 1:32

Şüuraltı fantaziyalarımızı gerçəkləşdirə bilən əsl sehrbazdır. Və ona necə çatmaq lazım olduğunu bilmək lazımdır.

ONN media bu yazıda oxuyucuları şüuraltı gücünü istifadə edərək həyatınızı dəyişdirən 9 yolla tanış edir.

Dua

Duaların gücü olduğu çoxdan hamıya məlum olan həqiqətdir. Və bir çox möminlər onları şüuraltına təsir etmək üçün istifadə edir. Əgər ateist deyilsinizsə, bu metoddan istifadə edə bilərsiniz. Əsas odur ki, istədiyiniz şeyi dəqiq bilməlisiniz.

Mantralar

Mantralar ən az dualar qədər təsirlidir. Onlar çox effektivdir və çox vaxt aparmır. Bir çox uğurlu insan mantralardan çoxdan istifadə edir və bundan çox məmnundur.

Affirmasiya

Affirmasiya – (müəyyən bir qısa verbal ifadənin dəfələrlə təkrarlanması yolu ilə insanın təhtəlşüurunda tələbedilən obrazın və ya fikirin möhkəmləndirilməsi, psixoemosional fonun yaxşılaşdırılması və həyatda müsbət dəyişikliklərin stimullaşdırılması)

Affirmasiya yolu ilə şüuraltına təsir etmək hər kəsə məlumdur. Onları bir neçə dəfə ardıcıl olaraq təkrar etmək lazımdır. Effektivliyini artırmaq üçün müsbət düşüncələri mexaniki olaraq söyləmək yox, onları düşünmək məsləhətdir. Bəzi tövsiyələri də yerinə yetirməlisiniz:

1. Hazırkı vaxtın təsdiqini yaradın.

2. Parçaları istifadə etməyin.

3. “Mən, mənə və məni” əvəzliklər şəklində iştirakınız vacibdir.

Vizuallaşdırma

Təhtəlşüur bu texnikanı sevir, o, süngər kimi yeni mental obrazı özünə əmir. Daha sonra onları reallaşdırmağa can atır. Vizuallığın mahiyyəti ondan ibarətdir ki, bu, sizin təxəyyülünüzün işidir. Xəyal etdiyinizi təsəvvür edirsiniz. Bunu hər gün zövqlə və təfərrüatları ilə edin.

Arzular xəritəsi

Arzular kollajını istənilən şəkildə düşünmək lazımdır. Prinsip etibarı ilə vizuallaşdırmaya yaxındır. Odur ki, təhtəlşüuru pozitiv obrazlarla doldurmaq və neqativi beyindən itələmək lazımdır.

Obrazlarla iş

Təhtəlşüur böyük bir pul daxılıdır. Bu “daxılda” bir xeyli lazımsız obrazlar yığılıb, odur ki, onları silib yerinə yenilərini əlavə etmək lazımdır. Bəs bunu necə həyata keçirməli?

1. Rahatlaşın.

2. Lazım olmayan obrazı xatırlayın.

3. Onu silin. Məsələn, suyun və özünüzün silgi ilə lazımsız obrazı sildiyinizi, daha sonra onun şar kimi uçduğunu təsəvvür edin.

4. İstəyə əsasən onun yerini yeni, əlbəttə ki, pozitiv obrazla doldurun.

Duyğularla işləmək

Məşhur psixoloq Con Kexo bu üsulu “Düşüncələrin təməli” adlandırırdı. Mahiyyəti ondan ibarətdir ki, özünüzü elə hiss etməlisiniz ki, sanki arzuolunanı artıq əldə etmisiniz. Bu üsul hər kəsə kömək edir, xüsusilə kinestetiklərə (Kinestetik – toxunma hissi / toxunuşla, vizual və ya audial olaraq dünyanı daha yaxşı qəbul edən bir insandır).

Şüküranlıq

Minnətdarlıq təhtəlşüura təsir edən daha bir texnikadır. O, nə ilə üstündür? Hər şey sadədir. İnsan sahib olduqalarına görə minnətdar olmaqla ətrafa müsbət vibrasiyalar yayır. O, sahib olduqları üçün məmnundur. Bununla o, öz həyatına daha böyük məmnuniyyət cəlb edir. Və yaxud əksinə, əgər həyatdan daim küsüb şikayət etsəniz, onda həyat ən sonuncu sevinci də əlinizdən alacaq.

Bağışlama

Bağışlamaq gücdür. Bağışlamağı bacarmayan insanın bütün neqativdən təmizlənməsi mümkün deyil, bu halda digər texnikaların heç bir təsir qüvvəsi və nəticəsi olmayacaq.

Bu 9 texikanın istifadəsi həyatınızı ciddi ölçüdə dəyişdirə bilər. Əsas odur ki, onları təfərrüatlarına qədər incələyib, istifadə və tətbiq qaydalarını anlaya, nəhayət, mütəmadi olaraq yerinə yetirəsiniz.(publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png