Keçəl kişilərə BƏD XƏBƏR

Koronavirus keçəl kişilərə daha tez yoluxur və onlar xəstəliyi daha ağır keçirir.

ONN media  xəbər verir ki, bu sözləri uzun illər Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin özəl həkimi işləyən daxili xəstəliklər üzrə mütəxəssis, professor və yazıçı Osman Müftüoğlu deyib.

Onun sözlərinə görə, COVID-19-a keçəl kişilərdə gözləniləndən daha sıx rast gəlinir: “Bu, bir çox ölkədə müşahidə olunan və qeydə alınan təsbitdir. Bu səbəbdən keçəlliyin koronavirus üçün risk faktorlarından biri kimi qəbul edilməsini təklif edən mütəxəssislər də var. Belə şanssız vəziyyətin səbəbi kimi keçəllərdəki yüksək androgen səviyyə (kişilik hormonu) göstərilir. Mütəxəssislər həddən artıq androgen yükün virusun hüceyrəyə girməsini və zərər verməsini asanlaşdıra biləcəyini düşünür”.

Qeyd edək ki, COVID-19 infeksiyası qadınlara nisbətən kişilərə daha tez yoluxur.