Leonardo Da Vinçinin robotunu hazırladılar

Yaponiyanın Osaka Universiteti, “Fujikin” şirkəti ilə əməkdaşlıq edərək italiyan rəssamı Leonardo da Vinçinin robotunu ərsəyə gətirib.

ONN media xəbər verir ki, robot Osakada keçirilən G20 liderlər Zirvəsinə qatılanlara tanıdılıb.

Şirkətin müdürü bildirb ki, robotun yaradılmasında məqsəd Da Vinçinin gördüyü işləri onun öz dilindən tələbələrə çatdırmaqdır.

Hazırda robot sadəcə bir neçə məlumatı təkrarlayır. Yaxın günlərdə onun insanların suallarına cavab verməsi və “Google” ilə bağlantı quracağı bildirilib.(axşam)