Lotereyada 20,3 milyon dollarlıq UDUŞ

Kanadanın “Lotto Max” milli lotereyasının 20,3 milyon dollarlıq cekpotu oynanılıb.

ONN media xəbər verir ki, bu barədə lotereyanı keçirən “OLG” şirkətinin nümayəndələri xəbər verir.

Nümayəndələr bildirib: “Uduşlu biletin rəqəmləri – 2, 6, 13, 19, 21, 32 və 40. Bonus-rəqəm – 12”.

Bildirilir ki, hazırda biletin Kanadanın Kveebk əyalətində satıldığı bilinir, lakin daha dəqiq məlumat verilmir.

Qeyd edək ki, Kanada tarixində ən böyük cekpot – 49, 5 milyon dollar 2015-ci ilin oktyabr ayında oynanılıb.(Trend)