ONN İnformasiya Agentliyi

MARAQLI OLAY: Sincab polis tərəfindən saxlanıldı – Səbəbi isə…

MARAQLI OLAY: Sincab polis tərəfindən saxlanıldı – Səbəbi isə…
13 Avqust 2018 - 21:09

Almaniyanın Karlsruh şəhərində bir nəfərin arxasınca düşən sincab polis tərəfindən saxlanılıb.

ONN media xəbər verir ki, parkdan keçərkən arxasınca düşən sincabdan qorxan şəhər sakini polisə müraciət edib.

Polis isə sincabı yorulana qədər təqib edib.

Karlsruh polis bölməsinin sözçüsü Kristina Krenz analarını itirən sincabların anaları kimi gördüyü insanlara bağlandıqları və onlardan qayğı görmək istədiklərini bildirib.

Polis saxlanılan sincabı adyala büküb və ona yemək verib. Daha sonra heyvan düşərgəsinə aparıb.

Qeyd edək ki, iyul ayında Nyu-York şəhərində yerləşən Prospekt parkında bir sincab 5 nəfərə hücum etmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png