Marsda zəlzələ baş verdi

Mars planetində zəlzələ qeydə alınıb.

ONN media xəbər verir ki, zəlzələni Amerika aparatı “InSight”da olan Fransanın “SEIS” seysmometri qeydə alıb.

Məlumatı Fransanın “CNES” Kosmik Agentliyi yayıb. Bildirilir ki, aprelin 6-da seysmometr Ayda ABŞ-ın “Apollo” kosmik gəmilərinin uçuşu zamanı fiksajlanan zəlzələlərə bənzər siqnal qeydə alınıb.