Özünə 6600 manatlıq qızıl maska düzəltdirdi

Hindistanlı biznesmen Şankar Kurade koronavirusdan qorunmaq üçün 289 min rupi dəyərində (təqribən 6600 AZN) maska düzəltdirib.

ONN media  xəbər verir ki, o, bu addımı ilə yerli və beynəlxalq medianın diqqətini üzərində cəmləyib.

Bildirilir ki, o, başqa bir kişidə gümüşdən maska gördükdən sonra zərgərə belə bir sifariş verib.

Kuradenin sözlərinə görə, 2,5 kq qızıldan hazırlanan maskada nəfəs almaq üçün kiçik dəlik var.

“Qızıl maska ilə küçəyə çıxanda hamının diqqət mərkəzinə düşdüm. Ailəmin qızıla olan marağı bu tərəflərdə məşhur olsa da, qızıl maska tam yenilik idi, ona görə insanlara maraqlı gəlir”, – deyə o bildirib.(publika.az)