12 il öncə itirdiyi üzüyünü elə bir yerdən tapdı ki... - ŞOK HADİSƏ
İngiltərə vətəndaşı Abiqail Tomsonun başına görülməmiş hadisə gəlib. ONN media xəbər verir ki, Abiqail 12 il öncə itirdiyi üzüyünü asqırdıqdan sonra tapıb. O, 8 yaşında olarkən hədiyyə aldığı üzüyü bir neçə ay istifadə etdikdən sonra itirib. Lakin asqırandan sonra üzük onun burnundan yerə düşüb. “Uşaq olanda dostlarım bizə tez-tez gəlirdi. Adətən yatağımda otururduq. Buna görə də onlardan birinin üzüyü götürdüyünü düşünürdüm. 100 il düşünsəm, üzüyün burnuma getdiyi ağlıma gəlməzdi. Heç bir şey hiss etmirdim çünki”, - hadisə haqqında danışan Abiqail deyib. Gənc qızı müayinə edən doktor üzüyün burunun həssas olmayan bölgəsinə ilişib qaldığı üçün Abiqailin bir narahatlıq hiss etmədiyini deyib.(Publika)
