ONN İnformasiya Agentliyi

Qucaqlaşmağın inanılmaz – 11 FAYDASI

Qucaqlaşmağın inanılmaz –  11 FAYDASI
12 Yanvar 2020 - 5:35

Alimlər qucaqlaşmağın faydalarını açıqlayıb.

ONN media qucaqlaşmağın 11 üstünlüyünü təqdim edir.

1. Stressi azaldır

Tədqiqatlar göstərir ki, qucaqlaşmaq kimi adi təmas stressi əhəmiyyətli dərəcədə azaldır. Gün ərzində 1 təmas kifayətdir. Bundan əlavə, qucaqlaşmaq zehni sağlamlığı da gücləndirir.

2. Narahatlığı azaldır

3. Uşaqları daha sağlam formalaşdırır

Qucaqlaşma və emosional yaxınlıq “koronar arteriya” xəstəliyinə qarşı təsirli olur.

4. Hər yaş qrupundan olan insanı soyuqdəymədən qoruyu

Araşdırmalara görə, bir-birinə mütəmadi sarılan insanlar daha az xəstələnir.

5. Ağrıları azaldır

Xroniki ağrıdan əziyyət çəkən insanlar problemdən qucaqlaşmaqla qurtula bilər. Həmin an ifraz olunan endorfin hormonu beyindəki opioid reseptorlarını aktiv edərək ağrını minimuma endirir.

6. Xüsusilə boyun və çiyin ağrısını azaldır

Endorfinlə yanaşı dofamin də qucaqlaşma prosesində ifraz olunan hormonlar arasındadır. Dopamin eyni zamanda rahatlaşmış bədən mənasını verir. Bu sayədə boyun və başdakı əzələ sıxılmaları dayanır, sinir və qan damarlarındakı təzyiq azalır, qan axışı yaxşılaşır. Əzələ hərəkət diapazonu inkişaf edir və beləcə ağrı minimallaşır.

7. Bədəniniz daha çox “sevgi hormonu” ifraz edir

“Yaxşı hiss etmə” hormonu olaraq da bilinən oksitosin sarılma ilə birlikdə yüksək miqdarda ifraz olunur. Sarılmaq stress hormonu olan kortizolun səviyyəsini aşağı salır və oksitosinin miqdarını artırır.

8. Qan təzyiqini aşağı salır
Qan təzyiqinin aşağı düşməsi ürəklə bağlı narahatlıqların və xroniki sağlamlıq problemlərinin azalması deməkdir.

9. Ürək ritmini yavaşladır

Qucaqlaşma prosesi ürək ritmini yavaşladıb adrenalin səviyyəsini azaldır.

10. Münaqişələrin həllinə kömək edə bilər

Tədqiqatlara görə, sarılmaq münaqişə əsnasında və sonrasında müsbət hisslərin artmasına köməkçi ola bilir.

11. Fəlsəfi böhranlardan qoruya bilər

Həyatın mənasına, ya da faniliyinə dair fikirlər beyninizi yorursa sarılmağı sınayın.(publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png