Restoranda qorxunc anlar – Servis edilən toyuq hərəkət etməyə başladı – VİDEO

Amerikanın Florida əyalətində adı açıqlanmayan bir restoranda servis edilən dərisi soyulmuş toyuq bir anda canlanaraq hərəkət etməyə başlayıb.

ONN media bildirir ki, Filips adlı qadın tərəfindən “Facebook”da paylaşılan görüntülər dörd milyondan çox izlənilib.

Görüntülərin hansı restoranda çəkildiyi barədə məlumat olmasa da, stolun üzərindəki yemək çubuqları səbəbilə çiy ət yeyilən Yaponiya, Çin və ya Koreya restoranı olduğu düşünülür.

Fotolarda stolun üzərindəki toyuğun bir parçasının ətdən ayrılaraq hərəkət etdiyi görülür.

“Facebook”da yayımlanan videoya gələn şərhlərdə bunun hələ ölməmiş sinir uclarından qaynaqlandığı bildirilib.

İzləyicilərdən biri “adətən ət çox təzə olduğu üçün əzələlər hələ hərəkət edə bilir” şərhini yazıb.