Seçdiyiniz sənət beyninizi kiçildə bilər

ABŞ, Rusiya və Belçikadan olan alimlər qrupu insanın fəaliyyət növünün onun beyninin işinə təsirini araşdırıb.

Yeknəsəq iş insan beyninin kiçilməyinə gətirib çıxarır.

Məlum olub ki, zərbə altına ən çox kosmonavtlar düşür. Belə ki, iki həftə Beynəlxalq Kosmik Stansiyada keçirmək beyinin aktivliyini 3,3% azaldır.

Tədqiqatlar əsasında çəkisizliyin onurğa beyni mayesinin sirkulyasiyasına təsir etdiyi aydın olub.

Alimlər müəyyən ediblər ki, beyinə taksi sürücülərinin də işi təsir göstərir. Sürücülər daha çox marşrut yadda saxlamalı olduqları üçün, onların beyin payları böyüyür. Naviqatordan istifadə edənlərdə isə əksinə, azalır.

Ekspertlərin sözlərinə əsasən, beyinin barmaq hərəkətlərinə cavab verən hissəsi böyümüş olur.