ONN İnformasiya Agentliyi

ŞOK OLAY: 30 il əvvəl itkin düşdüyü geyimdə evinə qayıtdı və…

ŞOK OLAY: 30 il əvvəl itkin düşdüyü geyimdə evinə qayıtdı və…
22 Sentyabr 2021 - 13:50

Rumıniyanın Bakeu şəhərində 93 yaşlı yerli sakin Vasile Qorqos 30 il sonra itkin düşdüyü paltarda evinə qayıdıb.

ONN media xəbər verir ki, bu barədə Rumıniya mediası məlumat yayıb.

Məlumata görə, mal-qara ticarəti ilə məşğul olan Qorqoş 1991-ci ildə evi tərk edib və bir daha geri qayıtmayıb. Uzun axtarışdan sonra o, ölü elan edilib.

Bu ilin avqust ayında, 30 il sonra Qorqoş geri qayıdıb. Ailəsi danışır ki, gözlənilmədən fermanın yanında maşın dayanıb və Qorqoş heç nə olmayıbmış kimi evə gəlib. Ailəsi uzun müddət gözlərinə inana bilməyib.

Qorqoş çox yaxşı fiziki formada qalıb, ancaq yaddaşını itirib. Son 30 ildə nə baş verdiyini xatırlamır. Bu illər ərzində harda olduğunu soruşduqda isə evdə olduğunu deyir.

Onun cibindən sənədləri və 1991-ci ilə aid qatar bileti tapılıb. Ehtimal edilir ki, hansısa sürücü onun yolda qaldığını görüb və sənədlərinə əsasən, onu evinə gətirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png