ONN İnformasiya Agentliyi

Süni yağış yaratmağın üsulu təklif olunur

Süni yağış yaratmağın üsulu təklif olunur
21 İyul 2020 - 20:32

Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən olan bir qrup tədqiqatçı buludları isitmək yolu ilə yağıntı yaratmaq üsulunu təklif edirlər.

ONN media  xəbər verir ki, quraq bölgələrdə buludların həcmini böyütmək, bununla da yağıntı miqdarını artırmaq üçün xüsusi qurğulardan istifadə etmək təklif olunur.

Meteotron adı verilən bu qurğular buludlari isidəcək qızmar hava axını yaratmalı və həmin axın 3-4 kilometrlik yüksəkliyədək işləməlidir.

“Bizim hesablamalarımıza görə, axının hərarəti ətraf havaya nisbətən 10-20 dərəcə artıq olmalıdır. Bununla yanaşı, həmin axın buluda çatsın deyə, 25-100 m/s-lik gücə malik olmalıdır. Bu gücə malik hava axını təyyarə mühərrikinə bənzər turbo reaktiv qurğularla əldə edilə bilər”, – deyə rusiyalı mütəxəssis, Şimali Qafqaz Federal Universitetinin professoru Robert Zakinian qeyd edib.

Yeni qurğuların sınaqları artıq Rusiya ərazisində həyata keçirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png