ONN İnformasiya Agentliyi

Yanar yağış, mavi Ay… – Qeyri-adi hadisə

Yanar yağış, mavi Ay… – Qeyri-adi hadisə
12 Noyabr 2017 - 9:24
Təbiət daim bizi özündə baş verən qeyri-adi hadisələrlə təəccübləndirib. Əsrlərdir baş verən maraqlı və qeyri-adı təbiət hadisələrini bu gün də hər kəs maraqla izləyir.
ONN media xəbər verir ki, təbiətin qeyri-adi hadisəsindən biri də Qütb parıltısıdır.
Qütb parıltısı yalnız yuxarı enliklərdə müşahidə olunan təbiətin gözəl optiki hadisələrdən biridir. Əksər hallarda Qütb parıltısı mavi-ağ olur və yalnız nadir hallarda çoxrəngli parıltıya təsadüf etmək olar. Qütb parıltısı Yer kürəsində yüklü hissəciklərin atmosferin yuxarı qatlarını “bombalaması” nəticəsində yaranır. Qütb parıltısı bir neçə saatdan bir neçə günə qədər davam edir və öz qeyri-adi gözəlliyi ilə insanları valeh edir.
Digər maraqlı təbiət hadisəsi ildırım və şar ildırımdır. İstənilən şimşək mühitdən asılı olaraq müxtəlif forma alan elektrik cərəyanıdır. Əvvəllər yanan şar adlandırılan şar ildırım xüsusilə maraqlıdır. Şar ildırımların yaranma təbiəti dəqiq deyil. Bəzən onları ev və təyyarələrin daxilində də müşahidə ediblər. Şar ildırımların davranışı da hələ dəqiq müəyyən edilməyib. Şar ildırım yanar-qırmızı, narıncı və ya sarı rəngdə olub, itənə qədər havada uça bilər. İldırım həmişə göy gurultusu və parlaq işıqla müşahidə olunur. Hər birimiz adi xətli şimşəyi müşahidə etmişik, lakin şar şimşək nadir hallarda təsadüf edilir.
Göy Ay da qeyri-adi təbiət hadsisəsidir. Hamımız adi Ayı görməyə öyrəşmişik, lakin bəzən yüksək rütubət, atmosferin tozlanması və digər səbəblərdən Ay müxtəlif rənglərə boyanmış görsənir. Xüsusən göy və qırmızı Ay daha qeyri-adidir. Göy Ay çox nadir təbiət hadisəsidir. Göy Ay kül və his zamanı yaranır. Misal üçün Kanadada meşələr yanan zaman Ay bütün həftəni göy rəngdə oldu.
Təbiətin “yanar yağış” (ulduzlu yağış) adlanan qeyri-adi hadisəsi də var. Əslində göydən ulduzlar deyil, meteoritlər düşür və onlar Yerin atmosferinə daxil olaraq qızır və yanırlar. Bu zaman Yer səthindən kifayət qədər uzaqda işıq görünür. Adətən ulduz və ya meteor yağışını yüksək intensivlə (saatda min meteoritə qədər) meteor axını adlandırırlar. Meteor axını Yer səthinə çatmadan atmosferdə yanan meteordan, meteor yağışı isə Yerə düşən meteoritlərdən ibarətdir.
Müqəddəs Elmanın işıqları da təbiətin gözəl və qeyri-adi hadisəsidir. İlk dəfə bu hadisəni dənizçilər gəminin dor ağacında və digər şaquli vəziyyətdə duran tiklilərdə müşahidə edib. Bu gözəl işıq verən şarlar şimşək, tufan və ya güclü qasırğa zamanı elektrik sahəsinin yüksək gərginliyi nəticəsində yaranır. Bəzən Müqəddəs Elmanın işıqları hadisəsi elektrik və radio cihazlarının sıradan çıxmasına səbəb olur.
Qloriya da maraqlı təbiət hadisəsidir. Əgər axşam dağda alçaq buludların altında tonqal qalasanız, sizin kölgəniz buludlarda əks olunacaq və sizin başınızın ətrafında işıqlanan areal yaranacaq. Bu hadisə “qloriya” adlanır. Çində qloriyaya “Müqəddəs Budda” deyirlər.
Yanar göy qurşağı adlanan təbiət hadisəsi od deyil, buz yaradır. Yanan göy qurşağının yaranması üçün üfüqdən 58 dərəcə yuxarı qalxmaq lazımdır və göy üzündə yumşaq bulud olmalıdır. Bundan əlavə yumşaq buludların təşkil olduğu çoxlu sayda yastı altıbucaqlı kristallar Günəş şüasını sındırmaq üçün üfüqi şəkildə yerləşməlidir. Buna görə yanar göy qurşağını çox nadir hallarda müşahidə etmək olar.
Alatoran vaxtı, günəşin çıxmasına yaxın və ya onun batmasından dərhal sonra üfüqdə göyün bu hissəsi rəngsiz, digər hissəsi isə çəhrayı rəngdə olur. Bu hadisə Venera qurşağı adlanır. Rəngsiz zolağı artıq qaralmış və mavi göy arasında hər tərəfdə, hətta günəşin əks istiqamətində də görmək olar. Maviləşmiş göyü Günəş şüalarının atmosferdə əks olunması ilə izah etmək olar. Venera qurşağının yaranmasını çıxan (və ya batan) Günəşin şüalarının atmosferdə əks olunması ilə izah etmək olar. Venera qurşağı istənilən yerdə görmək olar.(Kult.az)
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png