ONN İnformasiya Agentliyi

YENİ İDDİA: Dünya əhalisinin sayı sürətlə azalacaq

YENİ İDDİA: Dünya əhalisinin sayı sürətlə azalacaq
07 Fevral 2019 - 19:28

İllərdir yer kürəsindəki insanların sayının zamanla artacağı, onların əksinə isə təbii sərvətlərin azalacağıyla bağlı xəbərdarlıqlar edilir. Lakin aparılan son araşdırmalar bunların tam əksinin baş verəcəyini bildirir.

ONN media xəbər verir ki, son aparılan tədqiqatlara əsasən, yaxın gələcəkdə insanların yer kürəsindəki nüfuzu tədricən azalmağa başlayacaq.

“Empty Planet” adlı kitabın müəllifləri jurnalist John Ibbitson və siyasi araşdırmacı Darrell Bricker bunun səbəbini gənc ailələrdə görür. Aparılan son araşdırmalara görə, evlənən cütlüklər uşaq dünyaya gətirmək mövzusunda həvəsli deyil. Dünyanın gələcəyi, iqtisadi qayğılar və böyük şəhərlərdəki yaşayış yeni nəsli narahat edir. Bu səbəblə, onlar dünyaya yeni uşaq gətirməyə o qədər də həvəsli deyillər.

Problem özünü daha çox inkişaf etmiş ölkələrdə göstərir. Bu səbəblə, insanların sayındakı artım çox da davam etməyəcək. Yaxın gələcəkdə bu rəqəm azalmağa doğru istiqamətlənəcək.(metbuat.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png