10 dəqiqəyə 32 burger yedi

ABŞ-da qız hər il keçirilən sürətlə burger yemə yarışında qalib gəlib.

ONN media xəbər verir ki, bu barədə təşkilatçıların İnstaqram hesabında məlumat yerləşdirilib.

Vaşinqtonda keçirilən yarışda qız 10 dəqiqə ərzində 32 burger yeyib. 60 kiloqramdan daha az çəkiyə malik olan qız ardıcıl olaraq 5-ci dəfədir ki, sözügedən yarışmanın qalibi olur.

O, ötən il 10 dəqiqəyə 27 burger yeməklə birincilik əldə edib. Bununla da öz rekordunu qıran qız 1,5 min dollar mükafat qazanıb.