ONN İnformasiya Agentliyi

16 yaşında milyonçu olmuşdu – Son halı görənləri təəccübləndirdi

16 yaşında milyonçu olmuşdu – Son halı görənləri təəccübləndirdi
02 Avqust 2019 - 18:15

Birləşmiş Krallıqda yaşayan 32 yaşlı Callie Rogers adlı qadın 2003-cü ildə lotereyadan 2. 6 milyon dollar qazanıb.

ONN media bildirir ki, bu zaman 16 yaşı olan qadın qazandığı pulu lüks bir həyat yaşamağa, dostlarına və ailəsinə bahalı hədiyyələr almağa sərf edir. ailəsindən ayrılaraq aylıq kirayəsi 18 funt-sterlinq olan evə köçür. Daha sonra isə həyat yoldaşı ilə tanış olur. 5 il sonra həyat yoldaşı ilə ayrılan qadın intihara cəhd edir, narkotik maddə alüdəçisi olur və narkotik maddə almaq üçün 250 min fund xərləyir.

Beləliklə qısa müddətdə pulu tükənən Rogers pul qazanmaq üçün marketlərdə işləmək məcburiyyətində qalıb.

Hazırda 32 yaşı olan və uşaq baxıcılığı ilə məşğul olan qadın ildə sadəcə 12 fund qazanmasına baxmayaraq daha xoşbəxt olduğunu bildirib.

Bundan başqa Callie lotereya oynamaq yaşının 16-dan 18-ə çıxarılmasını uyğun olduğunu bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png