ONN İnformasiya Agentliyi

4 övlad anası YouTube ulduzuna döndü

4 övlad anası YouTube ulduzuna döndü
03 Dekabr 2018 - 20:21

Adi sayılan mütəxəssis, sıradan biri hesab olunan qadın YouTube-da ulduza dönmək üçün nə etməlidir? Sadəcə, işinin bilicisi, peşəkar və ən başlıcası, böyük brendlərin tələsinə düşməməyi bacaran birisi.

ONN media milli.az-a istinadən bildirir ki, Londonun qərbində yaşayan 49 yaşlı psixoterapevt, dörd övlad anası Kerolayn Hirons sosial şəbəkələrdə, xüsusilə də YouTube-da çox populyardır.

Kerolaynın vidokanalında baxış sayı artıq 100 milyonu keçib. O, kosmetika və parfümeriya biznesində artıq elə bir nüfuzlu şəxsə çevrilib ki, indi "Kerolayn effekti" adlı xüsusi termin var.

K.Hirons parfümeriya və kosmetika brendlərinin məhsullarını videokanalında şərh edir, dəyərləndirir. Onun tənqidləri isə bu və digər məhsulun satışlarına ciddi təsir edir.

Kerolaynın tamaşaçılarının əksəriyyəti 34-65 yaşlı xanımlardır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png