6 yaşlı qız ayda 3 milyon qazanır və…

30 milyondan çox izləyicisi olan cənubi koreyalı yutuber Boram dünya gündəminə oturub.

ONN media xəbər verir ki, 6 yaşlı sosial media fenomeni özümə Seuldan 8 milyon dollarlıq beşmərtəbəli ev alıb.

Mülk Boramın ailəsinin şirkətinin vasitəçiliyi ilə əldə olunub.

6 yaşlı Boramın Yutubda 2 kanalı var. Birində 13,6 milyon, digərində isə 17,6 milyon izləyiciyə sahibdir. Onun bəzi videoları 350 milyon baxış sayı toplayıb. 6 yaşlı qızın aylıq gəliri 3 milyondan çoxdur.

“Uşaqları qoruyun” qeyri-hökumət təşkilatı 2017-ci ildə Boramın videolarının uşaq izləyicilərin duyğusal və əxlaqi inkişafına mənfi təsir göstərməsi ilə bağlı şikayətlər qəbul edib. Təşkilat Boramın atasının cibindən pul götürdüyü və avtomobil idarə etdiyi videolarını polisə bildirib.