ONN İnformasiya Agentliyi

“Adobe Flash Player” işlədənlərin DİQQƏTİNƏ!

“Adobe Flash Player” işlədənlərin DİQQƏTİNƏ!
12 İyun 2018 - 19:36

Bir zamanların məhşur proqramlarından olan “Adobe Flash Player” bir çox təhlükəsizlik problemləri səbəbindən əvvəlki etibarını itirib.

ONN media xəbər verir ki, hazırda bu proqramdakı boşluğa görə kompüterə müdaxilə etmək mümkün olur.

Bu boşluğun hesabına “Windows” əməliyyat sistemi ilə çalışan kompüterlərə birbaşa müdaxilə edilir. Bunu hətta antiviruslar tərəfindən də aşkarlamaq olmur.

“Virustotal” şirkətinin verdiyi məlumatlara görə, Ərəb mənşəli bir çox şirkətə bu yolla hücum olunub. Lakin maddi zərərin olub olmadığı məlum deyil.

Təhlükəsizlik üçün proqramı 30.0.0.113 versiyasına yeniləmək məsləhət görülür. Yeni versiyada bu boşluq aradan qaldırılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png