ONN İnformasiya Agentliyi

Airbus-ın uçan taksisi işə düşdü

Airbus-ın uçan taksisi işə düşdü
06 Fevral 2018 - 9:09

"Airbus" aviatikinti konserninin A3 bölməsi tərəfindən hazırlanmış "Vahana" adlı sürücüsüz hava taksisi ilk uçuşunu yerinə yetirib. Bu haqda layihənin bloqunda məlumat verilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 31 yanvar tarixində Pendltonda yerləşən aerodromda yerinə yetirilmiş sınaq uçuşunda uzunluğu 6,2 metr, eni 5,7 metr olan "Vahana" sürücüsüz hava taksisinin prototipi 5 metr hündürlüyündə şaquli uçub, 1 dəqiqə müddətində havada qalıb və rahat şəkildə yerə enib. Növbəti gün prototip ikinci uçuşu həyata keçirib.

Qeyd edək ki, başqa şirkətlər də hava taksisi hazırlamaqla məşğuldurlar. Məsələn, ötən ilin sentyabrında Almaniyanın "Volocopter" (E-volo) şirkəti tərəfindən hazırlanmış "Volocopter 2X" adlı sərnişin dronu Dubayda ilk sınaq uçuşunu yerinə yetirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png