ONN İnformasiya Agentliyi

AMEA elektron kitablarının sayını açıqladı

AMEA elektron kitablarının sayını açıqladı
08 Yanvar 2020 - 23:42
Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun Elektron kitabxanasının bazasında 4 250 (982 700 səh.) əlyazma kitabı var.

ONN media trend-ə istinadən xəbər verir ki, 2019-cu il ərzində elektron kitabxananın yaradılması və elektron kataloqun formalaşması üzrə işlər davam edib.

Ötən il ərzində 633 nüsxə (218 208 səh.) əlyazma skan edilib. Hazırda əlyazmaların elektron kataloqunun bazasını 10 907 yazı təşkil edir.

Qeyd edək ki, ötən il Türkiyənin İstanbul şəhərində yerləşən Süleymaniyyə Yazma Əsərlər Kitabxanasından İmadəddin Nəsiminin əsərlərinin 47 əlyazma nüsxəsinin elektron variantı əldə olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png