ONN İnformasiya Agentliyi

“Apple”a gözlənilməz zərbə – “iPhone” bahalaşacaq

“Apple”a gözlənilməz zərbə – “iPhone” bahalaşacaq
21 Fevral 2020 - 11:18

Çində yayılan yeni tip koronavirus “Apple” şirkətinin fəaliyyətinə də təsirsiz ötüşməyib.

ONN media xəbər verir ki, epidemiya yeni istehsal olunan cihazların təqdimat tarixini gecikdirə bilər.

İstehsaldakı gecikmə sadəcə məhsulların sayına deyil, eyni zamanda bazara çıxarılan “iPhone” modellərinin qiymətlərində artıma səbəb olacaq.

Çin fabriklərindəki iPhone” istehsal proqramında gecikmə yaşandığını açıqlamayan sektora yaxın qaynaqlar “Apple” tədarükçülərinin bu mərhələdə 30-50% potensialla işlədiyini söyləyir.

Qeyd edək ki, şirkət yeni “iPhone 9” modelini mart və ya aprel ayında müştərilərinə təqdim etməyi planlaşdırır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png