Artıq çəkili olduğu üçün işə QƏBUL OLUNMADI – İndi isə…/ FOTOLAR

Kaliforniyalı 25 yaşlı Hunter Mcgrady kiçik yaşlarından bəri model olmağı arzulayıb.

ONN media bildirir ki, anası aktyor, atası model olan gənc qadın 15 yaşı olarkən model olmaq arzusu ilə 4 şirkətə müraciət edib və artıq çəkiləri səbəbilə heç birinə qəbul edilməyib.

Bundan sonra özünə olan inamını itirən qadın arıqlamaq üçün bir çox yola əl atıb. 19 yaşı olarkən bunun mənasız olduğunu düşünüb və onu qəliblərə salmağa çalışan sistemə inad böyük bədən modelliyi kəşf edib.

Həmin dövrdə 46 bədən ölçüsü olan qadın bir həftə ərzində 3 marka ilə müqavilə imzalayaraq böyük bədən modelliyinə başlayıb.

Gənc model zamanla bir çox məşhur jurnallarda yer alıb.(metbuat.az)