ONN İnformasiya Agentliyi

Ayağı yaralanan it yardım üçün aptekə gəldi – Video

Ayağı yaralanan it yardım üçün aptekə gəldi – Video
25 İyun 2019 - 14:32

Türkiyədə yaşanmış maraqlı bir hadisə sosial şəbəkələrdə böyük marağa səbəb olub. İstanbulda qabaq pəncəsi yaralanmış bir küçə iti kömək almaq üçün aptekə daxil olub.

Heyvansevərliyi ilə tanınan aptek sahibi Banu Cengiz əvvəl heyvanın ac olduğunu düşünüb, onun qarşısına yemək qoyub. Lakin ağıllı köpək yaralı pəncəsini uzadaraq, dərdini başa salıb. Əczaçı xanım köpəyin yarasını yuyub, məlhəm sürtüb və sarıyıb. Ayağı sarındıqdan sonra köpək apteki tərk edib.

Banu Cengiz kameraların yaddaşına həkk olunmuş bu görüntüləri sosial şəbəkələrdə paylaşdıqdan sonra videoçarx böyük maraqla izlənib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png