Ayın səthində su tapıldı – ŞOK

Günəş şüalarının düşdüyü Ay səthində su aşkar edilib.

ONN media xəbər verir ki, bu barədə NASA rəhbəri Cim Bridenstein Tvitter səhifəsində yazıb.

O bildirib ki, bu tapıntı SOFİA teleskopu vasitəsilə aşkar edilib:

“Biz ilk dəfə Günəşin aydınlatdığı Ay səthində suyun tapıldığını təsdiqləyə bilərik”.