ONN İnformasiya Agentliyi

Bəyaz şimal kərgədanı 45 yaşında öldü

Bəyaz şimal kərgədanı 45 yaşında öldü
24 Mart 2018 - 13:59

Dünyanın ən son erkək bəyaz şimal kərgədanı “Sudan” ölüb. 45 yaşlı kərgədanın ölümünə səbəb yaşlılıq və xəstəliklər olub.

ONN media xəbər verir ki, Keniyanın “Ol Pejeta” Mühafizə Bölgəsindən “Sudan”ın son anlarında ayağa qalxa bilmədiyi, əzələ və sümüklərinin zədələndiyi, dərisində yara və arxa sağ ayağında isə dərin bir infeksiya olduğu barədə məlumat verilib. Bundan əlavə, heyvana sağlamlıq vəziyyətinin pisləşməsi ilə əlaqədar evtanaziya tətbiq olunub.

“Sudan” neçə illərdir davam edən brakonyerliyin nəticəsində bu növün nəslini davam etdirmə cəhdlərinin ən önəmli hissəsi idi. Nəzəri olaraq onun ölümü ilə şimal bəyaz kərgədanların nəsli tükənmiş hesab olunsa da, onun 27 yaşlı “Najin” adlı dişi balası, “Najin”in isə 17 yaşındakı “Fatu” adlı dişi balası var.

“Sudan”ın öz növünün həyatda qalmasına önəmli dərəcədə yardım etdiyini bildirən mütəxəssislər onun genetik materiallarının toplandığını və gələcəkdə inkişaf etmiş hüceyrə texnologiyası ilə şimal bəyaz kərgədanlarının nəslinin artırılması üçün ümid verdiyini qeyd ediblər.

Vəhşi təbiətdə dünyaya gələn kərgədanın adı doğulduğu ölkənin adına – Sudana uyğun olaraq verilib.

Ötən il həmin kərgədan sosial şəbəkələrdə onun üçün dişi kərgədanın axtarışı ilə gündəmə gəlmişdi.

Şimal bəyaz kərgədanları bir zamanlar Çad, Sudan, Uqanda, Konqo və Mərkəzi Afrika Respublikasında yaşayırdılar. Lakin 1970-1980-ci illərdə qanunsuz ovçuluq onların çox hissəsini məhv etdi. Hazırda cənub bəyaz kərgədanları və qara kərgədanlar da buynuzlarına görə brakonyerlərin hədəfindədir.

Afrika qitəsində təqribən 20 min bəyaz kərgədanın qaldığı təxmin edilir. Bu rəqəm 100 il əvvəl 100-dən aşağı idi. Lakin keçən əsrin ortalarında Cənubi afrikalı ekoloq Lan Playerin təşəbbüsləri bəyaz kərgədanların sayının artması ilə nəticələnib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png