ONN İnformasiya Agentliyi

BİR İLK: Ayın səthi pasla örtülməyə başladı

BİR İLK: Ayın səthi pasla örtülməyə başladı
06 Sentyabr 2020 - 15:24

Hind alimləri Ayın səthində pas aşkar ediblər.

ONN media xəbər verir ki, belə hadisə Yerin və Marsın səthində tez-tez müşahidə olunur, amma Ayda ilk dəfə aşkar edilib.

Alimlər Yerin təbii peykinin səthində dəmirin, oksigenin və suyun reaksiyası zamanı yaranan dəmir oksidi və ya hematit də daxil olmaqla, bir sıra minerallar aşkarlayıblar. Ancaq Ayda su yalnız buz formasında və çox az miqdarda mövcuddur.

Tədqiqatçıların fikrincə, pas Günəş küləyinin sayəsində Ayda yaranıb.

Aya vaxtaşırı meteoritlərin düşməsi ilə bağlı fərziyə irəli sürülüb. Qeyd edilir ki, meteoritlər peykin səthində su molekullarını azad etməyə təsir göstərir, sonra kimyəvi reaksiya başlayır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png