ONN İnformasiya Agentliyi

Bu əşyaların nə üçün olduğunu bilirdiz?

Bu əşyaların nə üçün olduğunu bilirdiz?
06 Fevral 2018 - 14:16

 

 Bu əşyaların nə üçün olduğunu bilirdiz?

ONN media maraqlı məlumat təqdim edir.Siz bu əşyaları demək olar ki, hər gün görürsünüz və gülərək mənasız bir şey olduğunu düşünürsünüz. Lakin indi bütün bunlardan xəbərdar olacaqsınız.

Diyircəkli qələmin qapağındakı dəlik

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?

Bir çoxları diyircəkli qələmin qapağındakı dəliyin mürəkkəbi qurumaqdan qoruduğunu və ya mürəkkəbin axmasına səbəb olacaq artıq təzyiqin aradan qaldırılmasına xidmət etdiyini ehtimal edir. Əslində isə o, təhlükəsizlik məqsədilə düşünülüb. Əgər uşaq təsadüfən qapağı udarsa, boğulma ehtimalı olmayacaq, üzərindəki dəlik həkimlərin gəlişinə qədər zərərçəkənə nəfəs almağa imkan verəcək. Dəlik məhz belə hallara hesablanıb.

Kedlərin üzərindəki dəlik

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?

Bahalı və ya ucuz olmasından, əyləncə və ya bədən tərbiyəsi dərsləri üçün nəzərdə tutulmasından asılı olmayaraq bütün kedlər bu qəribə dəliklərlə bəzədilib. Təbii ki, səbəbsiz yerə belə edilməyib. Birinci səbəb bəllidir: havalandırma. Lakin daha bir səbəb var. İlk kedlər basketbolçular üçün hazırlanıb və onlar oyun öncəsi ayaqqabı bağlarını bu əlavə dəliklərdən keçirməklə ayaqqabının ayağa daha sıx oturmasını təmin ediblər.

Makaron üçün qaşığın üzərindəki dəlik

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?

Makaron üçün qaşığın ortasındakı dəlik təbii ki, qaynamış makaronları saxlamaqla suyun axmasına imkan vermək üçündür. Lakin daha bir iş üçün də nəzərdə tutulub. Məsələ burasındadır ki, bu dəliyin ölçüsü bir nəfərə kifayət edəcək quru spaqetti porsiyası diametrinə müvafiqdir.

Kağız üçün bıçaqdan istifadə

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?

Bağlama açma və ya kağız bıçağı üzərindəki bu xətlər bıçaq kütləşən zaman qırmağınız üçündür. Hər dəfə bıçağın kütəldiyini hiss etdiyiniz zaman arxa hissədəki tıxacı (şəkildəki qara rəngli arxa hissə) çıxararaq onun vasitəsilə bıçağın uc hissəsindəki bir xətti qırın, bıçaq yenidən iti olacaq. Bundan sonra tıxacı yerinə taxın.

Qıfılın aşağı hissəsindəki dəlik

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?

Əgər qapını və ya anbarın qıfılını bağlayırsınızsa, o zaman aşağı hissəsindəki kiçik dəliyə fikir verin. Məhz onun sayəsində qıfıla dolmuş su axaraq gedir. Əgər su axmasa, yağışlı havadan sonra paslanar və ya qışda şaxta olduğu zaman donar və hər iki halda açmaq mümkünsüz olar

Naqillərdəki yoğunluq

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?

Bir çox qidalandırıcı naqillərdə, misal üçün kompyüterlərdə belə slindrik formalı yoğunluqlar var. Bəs onlar nə üçün lazımdır? Bunlar ferrit özəklər və ya induktiv elementlərdir. Maqnit dəmit oksiddən hazırlanıb və yüksəktezlikli elektromaqnit maniələri boğmaq üçündür. Bu, mobil telefonu həddən artıq mikrofona yaxınlaşdırdığınız zaman dəstəkdə həmsöhbətin səsi yerinə eşitdiyiniz xışıltı və cırıltıdır? Bu ferrit özəklər monitorların, akkumulyatorların və digər texnikaların oxşar halla rastlaşmasına imkan vermir.

Dərman tübikinin qapağındakı iti çıxıntı

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?

Bu çıxıntı nə üçündür? Bir qayda olaraq belə tübiklərdəki dərmanlar qapaqla yanaşı folqa təbəqəsi ilə müdafiə olunur. Məhz bu çıxıntı sayəsində folqanı dırnaq və digər vasitələrlə qoparmağa ehtiyac qalmır. Sadəcə qapağı açın, çevirin və onunla folqanı deşin. Dərmanın çıxış yolu açılacaq.

Klaviatura düymələri üzərindəki xətlər

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?

Şəkilə diqqət yetirsəniz F və J düymələrinin aşağı hissəsində az nəzərəçarpan xətləri görə bilərsiniz. Peşəkar makınaçılar onların nə üçün lazım olduğunu bilir: "kor 10 barmaqlı çap" metodu (klaviaturaya baxmadan yazmaq) zamanı bu düymələr baza rolu oynayır, işarə barmaqları onların üzərində durmalıdır. Bu xətlər üzrə makınaçı başını aşağı əymədən barmaqlarının lazım olan yerdə olduğunu anlayır.

Xətkeş üzərindəki dəlik

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?

Bu dəlik vasitəsilə xətkeşi stolun altındakı asılqandan asmaq olar.

iPhone kamerası yanındakı nöqtə

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?

Kameranın yanındakı nöqtə nə üçündür? Bu mikrofondur. Arxa kameradan istifadə etdiyiniz zaman işə düşür.

Tic-Tac qapağındakı oyuq

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?

Əgər "Tic-Tac" sevirsinizsə qapağın içəri hissəsindəki oyuqlu çıxıntını yəqin ki, görmüsünüz. Bunun qapağa daha sıx bağlanmağa yardım etdiyini düşünə bilərsiniz. Əslində isə bu, istəyinizdən asılı olaraq hər dəfə bir draje təqdim edən dozatordur.

Qazlı su qablarının qapağı altındakı nazik disk

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?

Bəzən şəffaf plastikdən, bəzən isə rezindən hazırlanır. Bu disklər yalnız mayeni deyil, eyni zamanda suda həll olmuş qazı da saxlayır. Həmin qaz adi suyu qazlı suya çevirir. Əgər bu disklər olmasaydı, istənilən qazlı su artıq piştaxtaya çıxdığı zaman qazı uçaraq adi şirin su olardı.

Pozan üzərindəki ikinci rəng

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?

İkirəngli pozana əlinizi yaxşıca sürtün, bu zaman bir rəngin digərindən nəzərəçarpacaq dərəcədə yumşaq olduğunu aşkarlayacaqsınız. Bu pozanın ən kobud hissəsidir, daha effektivdir və hətta mürəkkəbi silə bilir. Lakin yalnız qalın kağızda işə yarayır. Daha qalın qatı sildiyindən nazik dəftər ona tab gətirmir, nəticədə üzərində dəliklər açılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png