ONN İnformasiya Agentliyi

Bu 3 suala cəmi 17% insan düzgün cavab verib – Ən qısa IQ-test

Bu 3 suala cəmi 17% insan düzgün cavab verib – Ən qısa IQ-test
24 İyul 2019 - 22:38

Cəmi üç sualdan ibarət olan IQ-test Massaçusets Texnologiya İnstitutunun professoru Şeyn Frederik tərəfindən 2005-ci ildə tərtib edilsə də, yalnız son günlərdə populyarlıq qazanıb.

ONN media xəbər verir ki, insanın intellektual bacarıqlarının səviyyəsini müəyyən edən testə aşağıdakı suallar daxildir:

Tennis raketkası ilə tennis topunun qiyməti cəmi 1,10 dollardır. Raketka topdan 1 dollar bahadır. Top qiyməti nə qədərdi?

Tekstil fabrikinin beş maşını beş geyimi beş dəqiqəyə istehsal edir. 100 maşın 100 geyimi neçə dəqiqəyə istehsal edər?

Göldə suzanbağıları bitir. Hər gün onların sayı iki dəfə artır. Məlumdur ki, suzanbağıları bütün gölün üstünü 48 günə örtəcək. Gölün yarısını örtmək üçün suzanbağılarına neçə gün lazımdır?

Professorun sözlərinə görə, respondentlər testə daha çox 10 sent, 100 dəqiqə və 24 gün cavabları verir. Sualların düzgün cavabı isə belədir: 5 sent, 5 dəqiqə və 47 gün.

Ş.Frederik bildirib ki, testi həll edən 3 min nəfərdən yalnız 17 %-i ona düzgün cavab verib.(qafqazinfo)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png