Bu gecə gözlər yuxarə

2020-ci ilin ilk Ay tutulması hadisəsi yanvarın 10-dan 11-nə keçən gecə qeydə alınacaq. Tutulma yarımkölgəli olduğundan onu adi gözlə görmək çətin olacaq.

ONN media  axşam.az-a istinadən xəbər verir ki, AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumata görə, bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlanacaq və saat 01:12-də başa çatacaq. Ay tutulması saat 23:11-də maksimum səviyyədə olacaq və onu Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.

Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Təbiət hadisəsi Azərbaycanda da müşahidə ediləcək.