Bu ölkədə şəhər satışa çıxarıldı: Şəhəri alan şəxs…

Yeni Zelandiyanın Mellonsfolli Ranç şəhəri satışa çıxarılıb.

ONN media  xəbər verir ki, şəhəri 2006-cı ildə Qərb filmlərindən ruhlanan şəxs inşa edib.

Sözügedən şəhərdə 10-a yaxın tikili, həmçinin 3 yaşayış binası var. Şəhəri alacaq şəxs bal istehsalı üzrə hazır biznesə də sahib olmuş olacaq. Şəhərdə 22 nəfər yaşaya bilər.

Şəhər 7.5 milyon dollara satışa çıxarılıb.