ONN İnformasiya Agentliyi

Bu ölkə 30 il sonra dünyanın ən qoca əhalisinə sahib olacaq

Bu ölkə 30 il sonra dünyanın ən qoca əhalisinə sahib olacaq
10 İyun 2020 - 22:43

İran 30 il sonra dünyanın ən yaşlı əhalisinə sahib ölkə olacaq.

ONN media  xəbər verir ki, bu barədə İran Səhiyyə nazirinin müşaviri Məhəmməd İsmayıl Əkbəri danışıb.

Onun sözlərinə görə, doğum sayındakı azalma səbəbilə ölkə qocalmağa doğru gedir.

Ötən 60 il ərzində ölkə əhalisinin 10 il qocaldığını dilə gətirən Əkbəri bu müddətdə yaş ortalamasının 20,2-dən 30-a qalxdığını deyib.

Səhiyyə nazirinin Ailə Məsələlərindən məsul müşaviri Seyid Həmid Bərəkəti isə ötən ay verdiyi açıqlamada ölkədəki evlilik faizinin son 10 ildə 40% azaldığını söyləmişdi.

Qeyd edək ki, İran əhalisinin sayı 83 milyon 500 min nəfər təşkil edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png