ONN İnformasiya Agentliyi

Bu qəpik 6 min dollara satılır

Bu qəpik 6 min dollara satılır
31 Avqust 2019 - 1:20

Bəzi tarixi əhəmiyyət kəsb edən dəmir pullar dəyərindən dəfələrlə baha satışa çıxarıla bilir. Məsələn, SSRİ-nin nadir qəpiklərindən birini təxminən 6 min dollara satırlar.
ONN media xəbər verir ki, kolleksionerlər 1953-cü ilin 5 qəpiyini Rusiyada 350 min rubl qiymətləndirirlər. Halbuki 66 il əvvəl həmin dəmir pula heç 1 kq çörək də almaq olmurdu.

Bəs o 5 qəpiyi qiymətli edən nədir? Mütəxəssislər bildirir ki, bu dəmir pul test sikkələri silsiləsindən olub. İstehsal zamanı daha keyfiyyətli materialdan istifadə edilib. Bu nümunədən tapmaq çox çətindir. Haqqında informasiya da geniş deyil.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png