ONN İnformasiya Agentliyi

Bu şəxs pul qarşılığında atalıq edir – QƏRİBƏ PEŞƏ

Bu şəxs pul qarşılığında atalıq edir – QƏRİBƏ PEŞƏ
02 Oktyabr 2019 - 18:32

Yaponiyada nəsildən-nəsilə ötürülən çox güclü ənənələr mövcuddur.

ONN media bildirir ki, bu ölkədə qulağa qəribə gələcək hadisələr də baş verir.

İşii Yuçi adlı adam da bu qəribə hekayələrdən birinin qəhrəmanıdır.O, atası olmayan şəxslərə ata, həyat yoldaşını itirmiş və ya boşanmış qadınlara isə həyat yoldaşı rolunu oynayaraq həm pul qazanır, həm də 100-dən çox insana “həyat yoldaşı” və bir çox uşağa “ata”lıq edir.Bu qeyri-adi hekayə Yuçinin dostu ilə başlayıb. Həyat yoldaşını qızının doğumu zamanı bir qəzada itirən qadın 12 yaşlı qızının ata sevgisinə möhtac olduğunu bildirib və Yuiçi də qızın atası kimi davranmağa başlayıb. Yuiçi atalıq etdiyi uşaqların toyunda iştirak edir və hətta onların uşağı olduqda “baba” rolunu da oynuyur. O, peşəsi haqqında açıqlama verərək “Bəziləri mənim insanları aldatdığımı düşünə bilər. Amma bu heç də belə deyil. Bir uşağın ataya sahib olması məktəbdə baş verən şiddətin qarşısını ala bilər və özündə güvən hissi yaradar.

İnsanların sevincinə səbəb olduqda xoşbəxt hiss edirəm. Müştərilərin istəklərinə görə, utancaq, ciddi və mehriban oluram” sözlərini deyib.Olduqca çox müştərisi olan Yuiçi 2010-ci ildən bəri fəaliyyət göstərən “Family Romance” adlı bir şirkət quraraq bir çox yaponun “ailə” qurmasını təmin etdiyini bildirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png