ONN İnformasiya Agentliyi

Bu sosial şəbəkələrə giriş pulsuz olacaq – SİYAHI

Bu sosial şəbəkələrə giriş pulsuz olacaq – SİYAHI
29 Yanvar 2020 - 2:21

Rusiya hakimiyyəti ölkə əhalisi üçün pulsuz istifadəyə veriləcək internet servislərin siyahısını hazırlayıb.

ONN media ted.az-a istinadən bildirir ki, istifadəçinin balansında pul olmasa (red: internet üçün balans nəzərdə tutulur) belə, sosial şəbəkələrə və bir neçə sayta daxil ola biləcək.

Siyahı dörd kateqoriyaya bölünür:

Dövlət informasiya resursları: bura dövlət qurumlarının portalları, nazirliklərə məxsus saytlar və xəbərlər, hakimiyyətin yerli və regional saytları daxildir;
Sosial şəbəkələr: bu kateqoriyaya VKontakte, Odnoklassnik, Moy Mir, V kruqu druzey, Mir tesen, Fotostrana, Dnevnik şəbəkələri aid edilir:
Poçt servisləri: siyahısında Yandex. Poçta, mail.ru, km.ru yer alıb;
Digər vacib informasiya resursları.

Maraqlıdır ki, “digər informasiya resursları”na Turkcell mobil operatoruna məxsus Vir messencerinin adı daxil edilib, lakin WhatsApp və Teleqram kimi populyar messencerlərin adı yoxdur.

Məlumata görə, Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi siyahını hələ tam şəkildə yekunlaşdırmayıb. Kateqoriyaya əlavələrin olacağı gözlənilir.

Qeyd edək ki, bu proqram Rusiya prezidenti Vladimir Putinə məxsus “Əl çatan internet” layihəsi çərçivəsində icra edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png