Bu su zanbağı görənləri heyrətləndirdi

İngiltərədə yarpaqları 3 metrdən çox olan nəhəng su zanbağının yeni növü aşkar edilib.

Yeni su zanbağı növü “Kew Kral” Nəbatat Bağında aşkarlanıb.

Məlumata görə, bitki təxminən 177 ildir “Kew Kral” Nəbatat Bağında gözlərdən uzaq qalıb.

Rəsmi kataloqda başqa ad altında qeydə alındığı üçün diqqətlərdən yayınıb.

Mənşəyi Amazon sahilləri olduğu üçün onu “Viktoriya Boliviya” adlandırıblar.

Alimlər bildirirlər ki, yarpaqları 3 metrə qədər çatan yeni növ zanbağ yalnız gecələr çiçək açır.

Araşdırmanın təfərrüatları “Plant Biology” jurnalında dərc olunub