ONN İnformasiya Agentliyi

Bu telefonlarla bağlı XƏBƏRDARLIQ EDİLDİ

Bu telefonlarla bağlı XƏBƏRDARLIQ EDİLDİ
16 Fevral 2023 - 8:37

ABŞ Daxili Təhlükəsizlik Departamentinin Kibertəhlükəsizlik Agentliyi “iPhone” və digər “Apple” cihazlarından istifadənin təhlükələri barədə xəbərdarlıq edib.

Departamentin məlumatına görə, qurğular təhlükəli məhsullar siyahısına salınıb. Belə ki, yeniləmələri yükləmədən və quraşdırmadan qadcetlər hakerlər tərəfindən “sındırıla” bilər.

Təhlükəni “Apple” şirkəti də rəsmən təsdiqləyib.

Şirkətdən bildirilib ki, “iPhone”, “iPad” və “Mac” kompüterlərində Safari brauzerlərində kritik təhlükəsizlik zəifliklərini aradan qaldırmaq üçün mühüm yeniləmələr buraxılıb. Söhbət iOS 16.3.1, iPadOS 16.3.1 və macOS Ventura 13.2.1 kimi əməliyyat sisteminin versiyalarından gedir. “Apple” həmçinin Safari 16.3.1-i macOS Big Sur və macOS Monterey də daxil olmaqla, köhnə kompüter əməliyyat sistemləri üçün yenilənmələr təqdim edib.

ABŞ səlahiyyətliləri xəbərdarlıq ediblər ki, yeniləmə olmadan təcavüzkarlar boşluqdan istifadə edə bilərlər ki, bu da qorunmayan istifadəçi məlumatlarının oğurlanmasına imkan verəcək

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png