Budda heykəlinin içindən çıxanlar ŞOK ETDİ

Hollandiyada yerləşən "Drents" muzeyi kolleksiyasında olan Budda heykəlini kompüter-tomoqrafiyaya saldırıb.

ONN media xəbər verir ki, 11-12-ci əsrdən qaldığı ehtimal edilən heykəlin içində bardaş quraraq oturan bir keşiş mumiyası görüntülənib.

Mumiyanın Liuquan adlı bir keşişə məxsus olduğu ehtimal edilir. İddialara görə, keşiş mumiyalanmadan öncə daxili orqanları çıxarılıb və yerinə çin dilində yazılan kağızlar qoyulub. (publika.az)