ONN İnformasiya Agentliyi

Çayın bilmədiyiniz ZƏRƏRLƏRİ

Çayın bilmədiyiniz ZƏRƏRLƏRİ
28 Noyabr 2019 - 2:15
Mütəxəssislər çayın zərərlərini açıqlayıblar.

ONN media xəbər verir ki, onların bildirdiyinə görə, şokoladla çay içmək böyrək daşlarının yaranmasına səbəb olur.

Unutmaq lazım deyil ki, çay sakitləşdirici  içkidir.  Hər şeydən əvvəl, o mədə turşuluğunun artırır. Mədə və onikibarmaq bağırsaq xorasından əziyyət çəkən insanlar bu içkini ehtiyatla qəbul etməlidirlər.

Tərkibindəki yüksək kofein olan çay baş ağrısı və sinir sisteminin pozulmasına da səbəb ola bilər. Yüksək təzyiqdən və aterosklerozdan əziyyət çəkən insanlar ümumiyyətlə bu içkidən imtina etməlidirlər.

Bundan başqa, çayın tərkibində oksalat turşu duzlarının olduğuna görə, böyrək daşlarının yaranmasına  səbəb olur. Xüsusilə, bu baxımdan yaşıl çay daha təhlükəlidir.

Xatırladaq ki, oksalik turşu duzları kakao, şokolad, turşəng, şüyüd, əncir, sitrus meyvələri, çuğundur, cəfəri və ispanaq kimi qidalarda var.

Qara çay yuxusuzluqdan əziyyət çəkən insanlar üçün də çox zərərlidir. Onun yarpaqlarında olan tanin beyin fəaliyyətini artırır və qan dövranını aktivləşdirir. Bu da yuxusuzluğa səbəb olur.

Zəncəfil və limonlu çay, soyuqdəymə üçün faydalı olsa da mədə-bağırsaq traktının xəstəlikləri olan insanlar üçün təhlükəli ola bilər. Mütəxəssislər mədə və bağırsaq problemi olanlar üçün çaya süd əlavə etməyi də məsləhət görmürlər. Çünki süd çayın tərkibində olan antioksidantları neytrallaşdırdığı üçün  mədə narahatlığına səbəb ola bilər.

İlk baxışdan xeyirli görünən  bitki çayları da  ürək-damar, bronxit, astma xəstəliyi olan insanlar üçün təhlükəlidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png