ONN media

Çin telefonları işlədənlərə PİS XƏBƏR

Çin telefonları işlədənlərə PİS XƏBƏR
21 May 2019 - 1:59

ABŞ-Çin iqtisadi əlaqələrindəki böhrandan ən çox əziyyət çəkənlərdən biri “Huawei” şirkəti olacaq. ABŞ Ticarət Nazirliyi bu Çin şirkətini qara siyahıya salıb.

ONN media xəbər verir ki, dünya nəhəngi “Huawei” şirkətini casusluqda ittiham edir. Telekommunikasiya sektorunun nümayəndəsi bundan sonra “Android” sistemindən də məhrum olacaq.

Daha bir zərbə isə “Google”-dan gəlib. Bu şirkət də “Huawei” ilə əməkdaşlığı dayandırıb.

Problem ABŞ-ın Çindən gələn məhsullara idxal tariflərini artırmasıyla başladı. Çinlilər təxminən 200 milyard dollar artıq ödəmək məcburiyyətində qalacaq. Asiya ölkəsindən də analoji zərbə gəldi. ABŞ məhsullarına tariflər 60 milyard dollar artırıldı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png