ONN İnformasiya Agentliyi

Dünya şöhrətli professor qadınları gözləyən TƏHLÜKƏNİ AÇIQLADI

Dünya şöhrətli professor qadınları gözləyən TƏHLÜKƏNİ AÇIQLADI
13 Noyabr 2019 - 16:42

ABŞ-ın Kolumbiya Universitetində aparılan araşdırmalar sayəsində məlum olub ki, axşam saat 18.00-dan sonra qəbul edilən qida bədən kütləsi indeksini və yüksək təzyiq riskini artırır.

ONN media xarici mətbuata istinadən xəbər verir ki, saat 6-dan sonra yemək yeyən qadınlarda ürək-damar xəstəliyi artır. Araşdırmada 33 yaşı olan 112 qadının ürək sağlamlığı analiz edilib. Bir illik tədqiqat nəticəsində, saat 18.00-dan sonra gündəlik kalori ehtiyacından çox yeyən qadınların digərlərindən daha çox ürək problemi yaşadığı məlum olub.

Kolumbiya Universitetinin professoru Nour Makaremin sözlərinə görə, ürək və damar xəstəliklərinin profilaktikasında yeyilən məhsulların siyahısı və miqdarı əsas götürülüb. Bu araşdırma göstərib ki, yemək saatları sağlamlığımızda mühüm rol oynayır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png