Dünyada ən böyük tutuquşunun qalıqları tapıldı

Yeni Zelandiyada dünyanın ən böyük tutuquşusunun qalıqları aşkar edilib.

ONN media bildirir ki, qalıqlar bir qrup arxeoloq tərəfindən aparılan qazıntılar zamanı tapılıb.

Məlumata görə, həmin tutuquşunun boyu 1 metr, çəkisi isə 10 kiloqram olub. Arxeoloqlar aparılan tədqiqata əsasən, bu quşun 20 milyon il öncə yaşadığını qeyd edirlər.

Onlar həmin tutuquşunu şərti olaraq Herakl adlandırıblar.(Trend)